0
Sunday 20 June 2021 - 09:18

Azərbaycanda 5 uşaqlı ailə intihar etmək barədə düşünür - Pullar hara xərclənir?!

Story Code : 939061
Azərbaycanda 5 uşaqlı ailə intihar etmək barədə düşünür - Pullar hara xərclənir?!
Göyçay rayonu Müskürlü kənd sakini Qəhrəmanova Arzu Əlisəfa qızının şikayət məktubu:

Şikayətçi mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə müraciət etdiyini bildirib.

Şikayətçinin müraciətini oxucuların nəzərinə çatdırırıq:

“Mən Göyçay rayonu Müskürlü kənd sakini Qəhrəmanova Arzu Əlisəfa qızı mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə müraciət edirəm. Himayəmdə olan 5 azyaşlı uşaqla aclıq yoxsulluq içində yaşamağa məhkum olmuşuq.

Böyüyüynün 12 kiçiyinin isə 3 yaşı olmaqla himayəmizdə 5 uşağım var. Özüm də 6 aylıq hamiləyəm. Həyat yoldaşım işsizdir, heç bir yerdən gəlirimiz yoxdur. Günlərlə quru çörəyi belə tapmırıq. Bu səbəbdən azyaşlı uşaqlarım xəstəlik tapıblar. Ünvanlı sosial yardım təyinatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin müdirinin qəbulunda olduq.

Bizə bildirdi ki, həyat yoldaşın Qəhrəmanov Cümşüd Yunis oğlunun adına torpaq sahəsi var, buna görə sizə sosial yardım düşmür. Mən onlara başa saldım ki, həmin torpaq əkinə yararlı deyil şorandır, həmçinin su böhranına görə torpaq əkib gəlir götürmək mümkün deyil.

Buna baxmayaraq DSMF-nin Göyçay rayon şöbəsi 5 azyaşlı uşağın aclıqdan ölməsini nəzərə almadılar. Həyat yoldaşım hazırda həyət süpürgəsi yığıb bağlayıb yolun kənarında satmaqla məşğuldur ki, buna görə gün ərzində 2 və ya 3 manat pul qazanır. Bu isə quru çörəyimizə güclə çatır. Bu məşğuliyyət isə cəmi 15 günlükdür.

Dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Mehdi Səlimzadənin qəbulunda olub. İcra başçısı Mehdi Səlimzadədən həyat yoldaşımı və mənim işlə təmin olunmağımıza köməklik göstərməsini xahiş etsəkdə əhəmiyyət verməyib. Çünki o indiyə qədər heç bir Göyçay rayon sakininə kömək etməyib.

Bəlkədə Azərbaycanda bizim kimi aclıq səfalət yoxsulluq içində yaşayan ikinci bir ailə yoxdur. Evimiz çiy kərpicdən inşa edilib köhnə və yaşamağa yararsızdır. İmkansızlıqdan bu il uşaqlarımız məktəbə oxumağa getməyəcəklər.Çünki onların paltar və ayaqqabıları yoxdur. Qohum-qonşuların verdiyi quru çörəklə nə vaxta kimi zülm çəkib yaşayacağıq. Artıq intihar etmək həddindəyəm...
Related Stories